Türkiyənin ticarət naziri Azərbaycanda səfərdədir

Tokio, 10 Sentyabr, /AJMEDIA/

Türkiyənin ticarət naziri Mehmet Muş Azərbaycana səfərə gəlib.

AJMEDIA xəbər verir ki, səfərdə məqsəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin Bakıda keçirilən 10-cu görüşündə iştirak etməkdir.

M.Muş tədbir çərçivəsində “Qarabağın quruculuğu və inkişafı” mövzusunda foruma qatılacaq.

Türkiyənin ticarət nazirinin Azərbaycan rəhbərliyi ilə ikitərəfli görüşləri də planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts