Türkiyə Superkuboku: “Qalatasaray”–“Fənərbağça” oyununun vaxtı açıqlanıb

Tokio, 21 fevral , /AJMEDIA/

Futbol üzrə Türkiyə Superkuboku uğrunda oyunun vaxtı açıqlanıb.

AJMEDIA Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Superliqanın son çempionu “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbağça” arasındakı matç aprelin 7-də keçiriləcək.

Şanlıurfada oynanılacaq qarşılaşma Türkiyə vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilməli olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts