Türkiyə Gənclər Birliyi ilə Azərbaycan İslahatçı Gənclər Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb

Tokio, 17 Sentyabr, /AJMEDIA/

Sentyabrın 16-da İstanbulda Türkiyə Gənclər Birliyi ilə Azərbaycan İslahatçı Gənclər Birliyi arasında əməkdaşlığın və əlaqələrin gücləndirilməsinə dair qardaşlıq və əməkdaşlıq memorandumu imzalanıb. Tədbir çərçivəsində Gənclər birliklərinin birgə təşəbbüsü ilə Azərbaycanın 44 günlük Vətən müharibəsinə aid fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

AJMEDIA xəbər verir ki, tədbirdə Azərbaycanın haqq davasında qətiyyətli mübarizəsi, hər zaman olduğu kimi, Vətən müharibəsində də Türkiyənin ölkəmizə göstərdiyi siyasi dəstəyin əhəmiyyətindən bəhs edilib.

Azərbaycan İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı memorandumun və fotosərginin gənclərimiz arasında əməkdaşlıq baxımından önəmini vurğulayıb. Bildirib ki, memorandumun əsas məqsədi əməkdaşlığımızın daha da gücləndirilməsi istiqamətində təşkil olunacaq qarşılıqlı mübadilə proqramlarıdır. Bundan əlavə, Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən təxribatlar və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Zəfərindən sonra işğaldan azad olunan ərazilərimizdə görülən abadlıq-quruculuq işləri ilə Türkiyə gənclərini daha yaxından tanış etmək də memorandumun əsas hədəflərindəndir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts