Tufanla əlaqədar Bakı-Naxçıvan təyyarəsi geri qayıdıb

Tokio, 23 may , /AJMEDIA/

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts