“Tor 4: Sevgi və ildırım” filminin büdcəsi açıqlanıb

Tokio, 12 iyul , /AJMEDIA/

Rejissor Tayika Vaytitinin ekranlaşdırdığı “Tor 4: Sevgi və ildırım” filmi “Marvel” komiksləri arasında ən bahalı layihələrdən birinə çevrilib.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, filmin öz istehsal büdcəsi ilkin olaraq 250 milyon dollar təşkil edib. Ekran işi qısa zaman ərzində xeyli büdcə toplayaraq, ilk pillələri tuta bilib. Belə ki, “Tor 4: Sevgi və ildırım” Şimali Amerikada 143 milyon dollar və dünya üzrə 302 milyon dollardan ibarət əlavə büdcə toplayıb. Belə bir büdcə hesabı filmin əvvəlki bölümündən 29 faiz çoxdur.
Qeyd edək ki, ümumilikdə ekran işinin büdcə gəlirləri baxımından xarici bazarlara 15,3 milyon dollarla Cənubi Koreya başçılıq edir, ondan sonra 14,8 milyon dollar Böyük Britaniya, 13,8 milyon dollar Avstraliya, 11,8 milyon dollar Meksika və nəhayət 11,8 milyon dollar gəlirlə Hindistan yer alıb.
Bir sıra ölkələrdə, o cümlədən Çin və Rusiyada “Tor 4: Sevgi və ildırım” böyük ekranlara çıxmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts