Teatr Xadimləri İttifaqında İbrahim İsfahanlıya həsr edilmiş “Səhnə fədaisi” adlı tədbir keçirilib

Tokio, 20 oktyabr , /AJMEDIA/

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli sənətkar, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının 125 illiyinə həsr olunmuş “Səhnə fədaisi” adlı tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, tədbirdə görkəmli sənət adamları, ziyalılar, teatrsevərlər və media nümayəndələri iştirak ediblər.
Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov İbrahim Hüseynzadənin (İsfahanlı) həyatından, onun teatr sənətindəki rolundan danışıb.
Bildirilib ki, İbrahim İsfahanlı aktyor, rejissor və teatr təşkilatçısı idi. Xüsusi teatr təhsili görməmişdi, ancaq fitrətən aktyor doğulub, güclü fəhmlə səhnənin hər incəliklərini duyurdu, çağlayan qüdrətli daxili ehtirasdan bacarıqla istifadə edirdi. Təxəyyülü qanadlı və ifadəli, emosional-psixoloji daxili aləmi çoxqatlı idi. Həyatın ən sərt sınaqları ilə üzləşib, lakin səhnəni heç vaxt tərk etməyib, mətanəti, iradəsi və ən əsası alovlu sənət məhəbbəti ilə bütün çətinliklərin fövqündə durub.
Tədbirdə Xalq artisti Əli Nur, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov və aktyor İlyas Əhmədin ifasında “Səhnə fədaisi” adlı kompozisiya göstərilib.
Tədbirdə, həmçinin Əməkdar artistlər Qoçaq Əsgərov, Teymur Əmrah və müğənni İlahə Fəda çıxış ediblər.
İştirakçılar sənətkarın yaradıcılığını əks etdirən fotosərgiyə və videoçarxa baxıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts