Teatr Muzeyində bu il müxtəlif tədbirlər keçiriləcək

Tokio, 17 fevral , /AJMEDIA/

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu il Xalq artistləri Rafiq Əzimovun 85, Hökümə Qurbanovanın 110, Hamlet Qurbanovun 85 illik yubileyləri qeyd olunacaq.
Bu barədə AJMEDIA-ya muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova məlumat verib.
Onun sözlərinə görə, muzey TÜRKSOY-un Ankaradakı iqamətgahında Azərbaycan teatrının 150 illiyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirə peşəkar səhnə sənətimizlə bağlı eksponatlar əsasında hazırlanmış videoçarx və sərgi ilə qatılacaq.
Direktor bildirib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub: “Ulu öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrə, o cümlədən mədəniyyətin inkişafına hər zaman böyük diqqət və qayğı göstərib. İl ərzində görəcəyimiz bütün işlər hər iki mühüm yubileyi əhatə edəcək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts