Tatarıstan azərbaycanlıları qardaş Türkiyəyə yardım üçün birləşiblər

Tokio, 14 fevral , /AJMEDIA/

Azərbaycanlılar Türkiyədə dağıdıcı zəlzələ baş verən ilk gündən qardaş ölkənin yanındadırlar. Bütün respublika üzrə təşkil olunan yardım toplama məntəqələrinə sakinlər ərzaq malları, geyim, dərman vasitələri və s. gətirirlər. Bu təşəbbüsü Azərbaycan diasporunun təmsilçiləri, o cümlədən Tatarıstanda yaşayan soydaşlarımız da dəstəkləyirlər.
“Tatarıstan” ictimai birliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Tatarıstandan “Türkiyəyə yardım” təşəbbüs qrupunun inzibatçılarından biri, Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov qardaş Türkiyə xalqına yardım qrupunun fəaliyyəti barədə informasiya ilə bölüşüb.
O deyib: “Fevralın 7-də “Birlik” təşkilatı adından Türkiyənin Kazan şəhərindəki baş konsulu İsmet Erikana bu ölkədə dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı məktubu göndərilib.
Elə həmin gün Azər Babayevin təşəbbüsü sayəsində platformalardan birində “Türkiyəyə yardım” adlı qrup yaradıldı. Bu qrupun inzibatçılarından hər biri öz yaxınlarına, Tatarıstan azərbaycanlılarından olan dost və tanışlarına dəvət göndərərək, onları qrupa əlavə edib. İştirakçılar maliyyə vəsaiti köçürür, eləcə də Türkiyənin Kazandakı diplomatik nümayəndəliyinə zəruri əşyalar gətirirlər”.
Qrupun məqsədi, Türkiyənin Kazandakı baş konsulluğu vasitəsilə zəlzələdən zərərçəkənlərə zəruri əşyaların göndərilməsini, pulların operativ şəkildə toplanmasını təşkil etməkdir.
“Hazırda qrupda 600-ə yaxın iştirakçı var, onların əksəriyyəti Kazandan, Tatarıstanın şəhər və bölgələrindəndir. Qrup üzvlərinin sayı saatbasaat artır.
Bu çətin vaxtda Tatarıstanın “Türkiyəyə yardım” Azərbaycan təşəbbüs qrupu adından və şəxsən öz adımdan zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzulayıram”, – deyə “Birlik” təşkilatının sədri bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts