Tanınmış aktyor vəfat edib

Tokio, 13 aprel , /AJMEDIA/

Amerikalı aktyor, standapçı Qilbert Qottfrid 67 yaşında vəfat edib.

AJMEDIA xəbər verir ki, bu barədə aktyorun ailəsi onun rəsmi tviter hesabında məlumat yayıb. Bildirilib ki, Qilbert ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, o, komediya ustası idi. “Problemli uşaq”, “Beverly Hills polisi 2”, “Gilbert” kimi filmlərdə rol alıb. O, həm də bir çox animasiya filmlərində obrazların səsləndirilməsində iştirak edib. Bunlardan ən məşhuru isə “Ələddin”də tutuquşu İaqonu səsləndirməsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts