Tallində Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert təşkil edilib

Tokio, 21 Oktyabr, /AJMEDIA/

Estoniyada fəaliyyət göstərən “İrs” Estoniya-Azərbaycan gənclər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Tallin şəhərində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş təntənəli konsert keçirilib.

AJMEDIA xəbər verir ki, ölkənin tarixi-mədəni memarlıq abidəsi olan Tallin Ratuşunda baş tutan tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, bu ölkənin rəsmi şəxsləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsertdə gənc azərbaycanlı musiqiçilər Nəriman Əmiraslanov, Nigar Süleyman, Tokay Oqtayoğlu, Humay Hacızadə, Leyla Rəhimova və eston musiqiçisi Mari Liis Uibon çıxış ediblər. Yerli “Graatsia” rəqs qrupu Azərbaycan rəqslərini təqdim edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts