“Şuşa – Qarabağın dünəni, bu günü, sabahı”: Saatlı məscidi

Tokio, 16 sentyabr , /AJMEDIA/

Ölkə başçısının “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
Muzeydən AJMEDIA-ya bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məscid – Saatlı məscidinə həsr olunub.
Məscid Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə İmamzadə türbəsinin müəllifi olan memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib. Bu barədə məlumat məscidin əsas fasadında yerləşdirilmiş inşaat kitabəsində verilir. Məscidin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.
1980-ci illərdə məsciddə restavrasiya işləri aparılıb. Məscid Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
Şuşanın işğalından sonra xarabalığa çevrilən məscidin zəngin interyeri tamamilə, minarəsi isə qismən dağıdılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts