“Şuşa – Qarabağın dünəni, bu günü, sabahı”: Nəriman bəy Nərimanbəyli

Tokio, 20 avqust , /AJMEDIA/

Bu ilin “Şuşa İli” nin elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
AJMEDIA xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Nəriman bəy Nərimanbəyliyə həsr olunub.
Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində anadan olub. Ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan gimnaziyasında alıb, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxuyub. 1915-ci ildə ali təhsilini başa vuraraq Azərbaycana qayıdan Nəriman bəy burada vəkil olaraq çalışıb. O, Bakıya qayıtdıqdan sonra “Müsəlman xeyriyyə cəmiyyətinin” rəhbərlərindən biri olub.
1918-ci il fevralın 27-də Zaqafqaziya Seyminə üzv seçilib. O burada Müsəlman fraksiyasının, Müsavat və demokratik bitərəflər qrupunun üzvü olub. 1918-ci il mayın 27-də isə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilib. Nəriman bəy Nərimanbəyov Azərbaycanın İstiqlaliyyət Bəyannaməsini imzalayan 8 şəxsdən biridir. O, 1918-ci il oktyabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvlüyündən birbaşa olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvlüyünə seçilib. O, 1919-cu il martın 14-də dövlət nəzarəti naziri təyin olunub.
Aprel işğalından sonra Nəriman bəy təqiblərə məruz qalır, üç dəfə həbs olunur. 1937-ci il repressiyaları zamanı Nəriman bəy Solovki əsir düşərgəsinə sürgün olunub və orada da vəfat edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts