“Şuşa – Qarabağın dünəni, bu günü, sabahı”: baharı

Tokio, 7 sentyabr , /AJMEDIA/

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.
AJMEDIA xəbər verir ki, növbəti təqdimat mədəniyyət paytaxtı Şuşanın milli qadın geyiminin əsas elementlərindən biri olan “baharı”ya həsr olunur.
Şuşanın qadın geyimləri özünün rəng əlvanlığı, biçim tərzi və tikiş̧ üslubunun mürəkkəbliyi, eləcə də tip və formalarının müxtəlifliyi ilə seçilir. Şuşada geniş̧ istifadə edilən qadın üst geyim tipindən biri də baharıdır.
Baharı çox bəzəkli üst geyimidir. Biçim üsuluna və tikiş̧ texnikasına görə küləcə ilə eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval), qol kəsiyinə (adətən yarımqol olurdu) və ətək biçiminə görə (ətək küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı olan baharı bahalı parçalardan (məxmər, tirmə) hazırlanır, yaxası boyvəboy açıq biçilir, ətək yanları, yaxa və qol kəsikləri küləcədə olduğu kimi bəzədilirdi.
Məxmərdən tikilən astarlı baharının yaxası açıq, qolu qısa tikilirdi. Yaxa, ətək, qol ağzı, cib, yan tikiş̧, bel kəsiyi boyunca tikmələrlə bəzədilirdi. Baharıda adətən qızılı tikmə texnologiyasından istifadə edilirdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts