“Şuşa mədəniyyətinin inciləri”: Aşağı Gövhər Ağa məscidi

Tokio, 24 oktyabr , /AJMEDIA/

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, layihə çərçivəsində “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Aşağı Gövhər Ağa məscidinə həsr olunub.
Aşağı Gövhər Ağa məscidi 1874-1875-ci illərdə İbrahimxəlil xanın qızı Gövhərağanın maddi vəsaiti ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid xalq arasında Aşağı Gövhər Ağa kimi tanınıb.
1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhər Ağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnib.
Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra Aşağı Gövhər Ağa məscidində bərpa işləri həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts