“Şuşa İli”nə həsr olunan muğam festivalının qalibi fəxri fərmanla təltif edilib

Tokio, 5 iyul , /AJMEDIA/

Sabirabad, 5 iyul, Aydın Yavərzadə, AZƏRTAC
“Şuşa İli” ilə bağlı Mədəniyyət Nazirliyinin təşkil etdiyi muğam festivalının qalibi Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdi Ağazadə Əli Rəmzi oğlu, eləcə də şagirdin xanəndə müəllimi Səmədov Səməd Əli oğlu ilə Sabirabad rayonunda görüş keçirilib.
Sabirabad Regional Mədəniyyət İdarəsindən AJMEDIA-ya verilən məlumata görə, görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi, mədəniyyət işçiləri iştirak ediblər. Toplantı zamanı çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, mədəniyyət sahəsinə göstərilən diqqətdən, eyni zamanda, yaradıcı insanların stimullaşdırılması istiqamətində həyata keçirilən davamlı tədbirlərdən danışıb.
Digər çıxış edənlər ölkə əhəmiyyətli müsabiqədə Sabirabad rayonunu təmsil edən şagirdin qalib gəlməsini rayonun mədəni-ictimai həyatında önəmli hadisə kimi qiymətləndirib, şagirdə və onun müəlliminə yeni nailiyyətlər arzulayıblar. Muğam festivalının qalibi Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdi Ağazadə Əli Rəmzi oğlu, eləcə də şagirdin xanəndə müəllimi Səmədov Səməd Əli oğlu Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tərəfindən fəxri fərmanla təltif ediliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts