“Şuşa İli” ilə bağlı videoçarxlar təqdim edilib

Tokio, 5 avqust , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının oxucuları “Şuşa İli” mövzusunda növbəti videoçarx hazırlayıblar.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, təqdim olunan videoçarxda “Səndə vardır başqa lətafət Şuşa!” adlı şeir səsləndirilib. Videoməlumatın ikinci hissəsində, Şuşa şəhəri haqqında rus dilində məlumat verilib. Bundan əlavə, Şuşanın yaranma tarixi, sakinlərinin həyat tərzi və adət-ənənələrindən söz açılıb. Eyni zamanda, Şuşanın mədəniyyət və incəsənət mərkəzi olduğu qeyd edilib. Yekun olaraq, üçrəngli bayrağımızın Şuşa şəhərində dalğalanması xüsusi qürurla vurğulanıb.
Mövzu ilə əlaqədar “Ruhumun ünvanı – Şuşa” adlı videosərgidə Şuşa şəhərinin gözəllik rəmzi olan Xarıbülbülü, tarixi məkanları, mədəniyyət və elm xadimlərinin görüntüləri yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts