Sülhməramlıların avtomobili karvanı aksiya ərazisindən keçərək Laçın istiqamətinə gedib

Tokio, 24 fevral , /AJMEDIA/

Hər zaman olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına aid minik və yük avtomobillərinin Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən keçidinə şərait yaradılır.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən gələn sülhməramlılara məxsus on ikisi yük, biri isə minik avtomobili olmaqla 13 avtomobil Laçın istiqamətində gedib.
Ekoaksiyanın 75-ci günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən 27 avtomobilin keçidi təmin olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts