Sülhməramlılara aid yeddi avtomobil Laçın yolundan maneəsiz keçib

Tokio, 6 aprel , /AJMEDIA/

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

AJMEDIA xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus 1 minik, 6 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 116 gündür davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts