Sui-qəsdə məruz qalan Şinzo Abe vəfat edib

Tokio, 8 iyul , /AJMEDIA/

Yaponiyanın sabiq Baş naziri Şinzo Abe ona edilən sui-qəsddən sonra vəfat edib.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb. Yaponiya Liberal Demokrat Partiyasının nümayəndəsinin məlumatına görə, Şinzo Abe yerləşdirildiyi Nara prefekturasının xəstəxanasında vəfat edib.
Xatırladaq ki, iyulun 8-də Nara şəhərində küçə mitinqi zamanı sabiq Baş nazir Şinzo Abeyə odlu silahdan hücum edilib. Baş nazir huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmışdı.
Sabiq Baş nazirə atəş açan şəxs hadisə yerində saxlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts