Soydaşımız Qırğızıstanın Əməkdar mədəniyyət xadimi fəxri adına layiq görülüb

Tokio, 3 yanvar, /AJMEDIA/

Qırğızıstandakı “Türkel” Media Qrupun prezidenti, soydaşımız Hökumə Xəlilovaya Qırğızıstanın Əməkdar mədəniyyət xadimi fəxri adı verilib.

AJMEDIA xəbər verir ki, H.Xəlilova bu ada Qırğızıstanın sosial-iqtisadi, intellektual və mədəni potensialının inkişafı sahəsindəki xidmətlərinə görə layiq görülüb.

Xatırladaq ki, “Türkel” Media Qrupu “goldenbridgenews” xəbər agentliyini, “Altın körpü” jurnalını, “Türkel” qəzetini və bir neçə xəbər portalını özündə birləşdirir. Qrup 20 ilə yaxındır ki, media məkanında uğurla fəaliyyət göstərir.

Hökümə Xəlilova Beynəlxalq TÜRKSOY təşkilatının laureatıdır, Qazaxıstan, Türkiyə və Qırğızıstanın dövlət və hökuməti tərəfindən orden, medal, Fəxri fərmanlarla təltif olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts