Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 14 yoluxma faktı qeydə alınıb

Tokio, 13 iyun , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 91 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 78 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1941, bu günə qədər isə ümumilikdə 6 milyon 923 min 348 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts