Son 20 ildə əldə edilən nailiyyətlər Azərbaycanda yeni hədəflərin formalaşmasına gətirib çıxarıb

Tokio, 18 fevral , /AJMEDIA/

Son 20 ildə Azərbaycan iqtisadiyyatının, eləcə də sosial təminat sisteminin kifayət qədər güclənməsi müşahidə olunub. 2003-cü ildə Azərbaycanda minimum əməkhaqqı 9 manat idi, indi 345 manatdır, o dövrdə minimum pensiya 20 manat idi, hazırda isə 280 manat təşkil edir. 2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 72 milyard dollardır. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları həmin dövrdə 2 milyard dolardan az idi. Ötən il bu rəqəm 70 milyard dollara çatıb.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov AJMEDIA-a açıqlaması zamanı bildirib.

O bildirib ki, həm rəqəmlər, həm də ölkəmizdə formalaşan infrastruktur göstərir ki, son 20 ildə Azərbaycan kifayət qədər fərqli bir dövr keçib.

“Bu dövr Azərbaycan iqtisadiyyatının güclənməsi, qeyri-neft sektoru üçün imkanların genişlənməsi, eyni zamanda, ölkəmizin Cənubi Qafqazda aparıcı iqtisadi gücə çevrilməsi anlamına gəlir. Bütün bunlar Azərbaycanda yeni hədəflərin formalaşmasına gətirib çıxarıb, son 20 il isə dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş hədəflərə nail olunmasına imkan yaradıb. Həm iqtisadi, həm siyasi, eyni zamanda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası mümkün olub. Artıq yeni dövrümüzün hədəfləri Azərbaycan iqtisadiyyatı üçün vacib imkanlar deməkdir. Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən bu sahədə addımların atılması, rəqabətin gücləndirilməsi, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik. Azərbaycanda yeni dövr, yeni iqtisadi inkişaf deməkdir”, – deyə V.Bayramov qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts