“SOCAR Türkiyə”nin aktivləri 20 faizdən çox artıb

Tokio, 29 Oktyabr, /AJMEDIA/

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi “SOCAR Türkiyə”nin aktivləri 2020-ci ildə 103,7 milyard lirə (10,7 milyard dollar) təşkil edib və əvvəlki illə müqayisədə 22,2 faiz artıb.

AJMEDIA bu barədə şirkətə istinadən məlumat verir. 2019-cu ildə bu göstərici 84,8 milyard lirəyə (8,8 milyard dollar) bərabər idi.

Şirkətin aktivləri 2018-ci ildə 61,9 milyard lirə (6,4 milyard dollar), 2017-ci ildə 48,8 milyard lirə (4,9 milyard dollar) təşkil edib.

Eyni zamanda “SOCAR Türkiyə”nin satışları 2020-ci ildə 31,35 milyard lirə (3,256 milyard dollar) təşkil edib ki,, bu da əvvəlki illə müqayisədə 0,04 faiz azalıb.

2019-cu ildə şirkətin satışları 31,364 milyard lirəyə (3,257 milyard dollar) bərabər idi.

Satışlar 2018-ci ildə 13,881 milyard lirə (1,44 milyard dollar), 2017-ci ildə 10,454 milyard lirə (1,08 milyard dollar) təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts