SOCAR ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında görüş keçirilib

Tokio, 7 avqust , /AJMEDIA/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev arasında görüş olub.
SOCAR-dan AJMEDIA-ya bildirilib ki, görüşdə SOCAR-ın neft-qaz və neft-kimya sənayesində çalışan peşəkar mütəxəssislərinin ekspert qismində akkreditasiya prosesinə cəlb olunması, bilik və təcrübə mübadiləsi, texniki ekspertlərin hazırlanması, uyğunluğun qiymətləndirilməsi sahəsində birgə təlimlərin təşkili kimi müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts