Silvestr Stallone ilk dəfə Herkules rolunda

Tokio, 25 avqust , /AJMEDIA/

Hollivud ulduzu Silvestr Stallone şəxsi karyersanda ilk dəfə olaraq superqəhrəmanı canlandıracaq.
AJMEDIA EFE agentliyinə istinadla xəbər verir ki, Culius Eyverinin rejissorluğu ilə çəkilən “Samaritan” filmində aktyor müasir zəmanəmizə uyğun insanabənzər bir Herkules obrazını canlandırıb.
“Herkules bənzərsiz bir superqəhrəmandır, bir növ mistik, eyni zamanda humanist. Məhz belə qəhrəmanlar insan təbiətinə yaxın olur. Bəli, Herkules başqa dünyadan gəlməyib, o, insanlar kimi ölümə məhkumdur”, – deyə Silvestr Stallone bildirib.
Qeyd edək ki, “Samaritan” filmin premyerası bu gün “Amazon Prime Video” platformasında olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts