Sevilən filmlərin musiqisi yeni aranjemanda ilk dəfə “Musiqili proyektor” layihəsində

Tokio, 11 oktyabr , /AJMEDIA/

Oktyabrın 22-də Nizami Kino Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Musiqili proyektor” multimedia şou layihəsi təqdim olunacaq.
AJMEDIA xəbər verir ki, “Musiqili proyektor” multimedia şousunda “Avanqard” kamera orkestrinin ifasında Azərbaycan və dünya kinematoqrafiyasının ən sevilən film və cizgi filmlərinin musiqisi yeni aranjemanda ilk dəfə olaraq tamaşaçılara təqdim ediləcək. Proqramda böyük sevgi və rəğbət qazanmış ekran əsərlərindən olan musiqi nümunələri, parlaq rəqs ifaları, xoreoqrafik kompozisiyalar məşhur filmlərdən fraqmentlərlə müşayiət olunaraq, səsləndiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts