Serxio Peres Formula 1 Monako Qran-Prisinin qalibi olub

Tokio, 30 may , /AJMEDIA/

“Red Bull Racing” komandasının pilotu Serxio Peres Formula 1 Monako Qran-Prisinin qalibi olub.
AJMEDIA xəbər verir ki, dünya çempionatının yeddinci mərhələsində ilk üçlükdə “Ferrari”nin üzvü Karlos Sayns və “Red Bull Racing”in digər pilotu Maks Ferstappen yer alıblar.
Pilotlar 77 dövrə vurmalı olsalar da, pis hava şəraiti səbəbindən 64-cü dövrədən sonra yarışı başa vurublar.
S.Peres karyerasında 3-cü qələbəsini qazanıb.
Qeyd edək ki, iki həftə sonra yarış Azərbaycanda təşkil olunacaq. Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts