Şekspirin kitabı 2,5 milyon dollara satılıb

Tokio, 23 iyul , /AJMEDIA/

Şekspirin kitabı 2,5 milyon dollara satılıb.
AJMEDIA xəbər verir ki, Uilyam Şekspirin pyeslərinin ilk dəfə toplu olaraq nəşr olunduğu “The First Folio” kitabı “Sothebys” hərrac evinin qiymətli kitab auksionunda 2 milyon 470 min dollara alıcı tapıb.
Hərraca çıxarılan digər qiymətli sənədlər arasında “Müstəqillik Bəyannaməsi”nin Massaçusets ştatının rəsmi nəşrinin əvvəllər qeydə alınmamış nüsxəsi rekord qiymətə – 2 milyon 228 min dollara satılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts