Sarayevodakı xeyriyyə yarmarkasında ölkəmiz də təmsil olunub

Tokio, 4 dekabr , /AJMEDIA/

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi Sarayevoda keçirilən xeyriyyə yarmarkasında iştirak edib.
AJMEDIA xəbər verir ki, builki Diplomatik Qış Bazarında 40 səfirlik və beynəlxalq təşkilat iştirak edib. Azərbaycan, Avstraliya, Almaniya, Əlcəzair və yəhudi icması kimi bir neçə yeni iştirakçı ənənəvi xeyriyyə yarmarkasına ilk dəfə qoşulub.
Azərbaycan stendində dövlət atributları, milli mətbəx nümunələri və ənənəvi şirniyyatlar, o cümlədən ölkəmizin mədəniyyətini və tarixini əks etdirən eksponatlar və suvenirlər nümayiş etdirilib, səfirlik əməkdaşları humanitar proqramda iştirak ediblər. Azərbaycan stendi iştirakçıların marağına səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts