Şair-publisist Azadə Novruzova Xocalı soyqırımının 31 illiyi ilə əlaqədar esse və videoçarxlar təqdim etdi

Tokio, 27 fevral , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, şair-publisist, Azadə Novruzova Xocalı soyqırımının 31 illiyi ilə əlaqədar esse və videoçarx təqdim etdi.
“Bənövşəsi qan qoxuyan, Xocalı…” essesində müəllif yazır ki, anaların ağı dediyi, baçıların saçın yolduğu, yaralıların ahından, naləsindən gün üzü tutulduğu bir gün idi həmin gün. Xocalı soyqırımına, günahsız insanlara qarşı törədilən ən dəhşətli faciəyə şahid oldu bütün dünya. Gavurlar qundaqda balalarımıza, yataqda xəstələrimizə, qızımıza-gəlinimizə, ahılımıza, gəncimizə divan tuturdular həmin gecə. Müəllifin təqdim etdiyi eyniadlı videoçarxları şair-qiraətçi Müşfiqə Baləddin müxtəlif fotoların, arxiv materiallarının müşaiyəti ilə səsləndirir. Bu dərd, bu faciyə heç vaxt unudulmayacaq.
Ətraflı:


http://yasamal.cls.az/front/files/libraries/81/documents/434909795.pdf

Follow us on social

Facebook Twitter Youtube

Related Posts