Şagirdlərə dəstək məqsədilə “Sual kitabçaları” nəşr olunub

Tokio, 16 dekabr , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış, kollec və ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan şagird və abituriyentlərə dəstək məqsədilə sınaq imtahanı üçün “Sual kitabçaları” nəşr olunub.
DİM-dən AJMEDIA-ya bildirilib ki, “Sual kitabçaları”ndakı tapşırıqlar tədris ilinin yanvar ayınadək olan hissəsini əhatə edir və Azərbaycan dilində hazırlanıb. Kitabçada buraxılış imtahanları modelinə uyğun olaraq 3 fənn üzrə 85 test tapşırığı (ingilis – 30, Azərbaycan dili – 30, riyaziyyat – 25 test tapşırığı) verilib. Sual kitabçasında rahat istifadə oluna biləcək unikal iş nömrəsi və QR kodla təchiz olunmuş “Cavab kartı” yerləşdirilib. “Cavab kartı”ndakı QR kodu mobil telefon vasitəsilə oxutmaqla otk.az portalında kitabçanın onlayn imtahan versiyasına ödənişsiz keçid edib tapşırıqların cavablarını daxil etməklə nəticəni (toplanılan balı) öyrənmək mümkündür.
Abituriyentlər və şagirdlər otk.az portalında kitabçanın onlayn imtahan versiyasına da yazıla bilərlər.
“Sual kitabçaları”nı şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür. Kitabçaların qiyməti 5 manatdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts