Sabah paytaxtda 30 dərəcə isti olacaq

Tokio, 30 may , /AJMEDIA/

Azərbaycanda mayın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-22°, gündüz 26-31° isti, Bakıda gecə 19-21°, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, havanın arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts