Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir

Tokio, 4 avqust , /AJMEDIA/

Azərbaycanda avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-27°, gündüz 32-37° isti, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 33-38° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts