Səs-küylü “3391 kilometr” filmi Bakı kinoteatrlarında nümayiş etdiriləcək

Tokio, 12 yanvar , /AJMEDIA/

Beyza Alkoçun qələmə aldığı kitab əsasında çəkilən “3391 kilometr” adlı türk melodramının eksklüziv nümayişi yanvarın 12-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Filmdə baş rolları yeni nəslin ən populyar aktyorları Derya Pınar Ak və Ahmet Haktan Zavlak ifa edirlər. Filmin yaradıcı prodüseri və rejissoru Deniz Enyüksekdir.

AJMEDIA xəbər verir ki, kitabın pərəstişkarı olan və əsərdəki sevgi hekayəsinin hər bir təfərrüatını az qala əzbərə bilən fanatların “3391 kilometr” filminin sosial şəbəkə səhifələrində yazdıqları on minlərlə şərhdən və güclü təzyiqlərindən sonra filmə çəkiliş zamanı ssenaridə olmayan, lakin kitabda əksini tapan bir çox təfərrüatlar əlavə edilib.

Film sosial şəbəkə vasitəsilə tanış olan iki gəncin sevgi hekayəsindən bəhs edir. Bir-birindən bir neçə kilometr məsafədə olsalar da, onlar arasında güclü cazibə yaranır. Film boyunca tamaşaçılar bir-birindən 3391 kilometr məsafədə yerləşən Fransa və Türkiyədə yaşayan gənclər arasındakı sevgi macərasının şahidinə çevriləcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts