“Şər” filminin yeni bölümünün premyera tarixi açıqlanıb

Tokio, 29 iyul , /AJMEDIA/

“AMC Networks”a məxsus “Şər: V/H/S/99” adlı qorxu filminin yeni bölümünün premyera tarixi açıqlanıb.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, yeni bolümün premyerası 2022-ci il oktyabrın 20-də olacaq. Ekran əsərinin yeni beşinci bölümünün yaradılmasında bir neçə məşhur rejissorlar Meqqi Levin, Yohannes Roberts, Flainq Lotus, Tayler Makİntayr və Vanessa Vinter iştirak ediblər.
Ssenarisi Saymon Barrett tərəfindən yazılmış filmin bütün bölümlərinin süjet xətti həyəcanverici hadisələrlə davam edir. Ekran əsəri izləyiciləri videolent avadanlıqları olan dövrün son günlərinə aparır. Yeniyetmənin hazırladığı video bir sıra dəhşətli hadisələrin başlanğıcı olur.
Qeyd edək ki, “Şər” filminin ilk əsas bölümü 2012-ci ilin oktyabr ayında kütləvi nümayişə buraxılıb. Filmin bütün bölümləri izləmə rekorduna imza ataraq böyük marağa səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts