Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Xocalı soyqırımının qurbanlarının xatirəsini ehtiramla yad ediblər

Tokio, 26 fevral , /AJMEDIA/

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar bu gün Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Məlumatı AJMEDIA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63-ü uşaq, 106-sı qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.
Xalqımız bu faciəni heç vaxt unutmayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts