Şəhid Vüsal Vəliyevin döyüş yolu “Qisas – 44” kitabında

Tokio, 3 dekabr , /AJMEDIA/

Vətən müharibəsinin şəhidi mayoru Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş “Qisas – 44” adlı kitab işıq üzü görüb.
AJMEDIA xəbər verir ki, kitabın tərtibçisi AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, şəhidin qardaşı Əpoş Vəliyevdir.
Kitabda mayor Vüsal Vəliyevin həyatı və döyüş yolundan bəhs edilir, ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri, onun haqqında yazılmış poemalar, məqalələr, şeirlər yer alır.
Kitab bu günlərdə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Dizə kənd tam orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsil alıb. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (AAHM) bitirib. Həmin ildən leytenant rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb. Tank əleyhinə taqımın komandirliyindən motoatıcı taborun komandiri vəzifəsinə və “mayor” hərbi rütbəsinə yüksəlib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib.
Xidmət etdiyi müddətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı”, “10 il qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətindən döyüşə başlayıb, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da şəhadətə ucalıb.
Vüsal Vəliyev ölümündən dövlət başçısının sərəncamları ilə “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts