Şəhid Qədim Xəlilov son mənzilə yola salınıb

Tokio, 16 sentyabr , /AJMEDIA/

Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan hərbi qulluqçu Qədim İlqar oğlu Xəlilov dünyaya göz açdığı İsmayıllı rayonunun Hacıhətəmli kənd qəbiristanlığında torpağa tapşırılıb.
AJMEDIA xəbər verir ki, Qədim Xəlilovun nəşi əvvəlcə Hacıhətəmli kəndindəki evinə gətirilib, orada cənazə namazı qılınıb, ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidimizi “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirərək, son mənzilə yola salıblar.
Dəfn mərasimində şəhidin yaxınları, rayon rəhbərliyi, deputatlar, hərbçilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Qədim Xəlilovun əmisi birinci Qarabağ müharibəsində şəhid olub, indi isə özü şəhidlik zirvəsinə ucalaraq əmisinin uyuduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts