Respublika Gənclər Kitabxanasında Bayraq Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Tokio, 9 noyabr , /AJMEDIA/

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar videoçarx və virtual kitab sərgisi hazırlayaraq izləyicilərə təqdim edib.
AJMEDIA xəbər verir ki, hazırlanan materiallarda Azərbaycanın dövlət rəmzi-bayrağımızın yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilib. Burada müxtəlif zamanlarda təsis edilən Azərbaycanın tarixi bayraqları nümayiş etdirilib. Virtual kitab sərgisində Azərbaycan bayrağına həsr edilmiş, müxtəlif illərdə çap olunmuş kitablar haqqında da məlumatlar və onların biblioqrafik təsvirləri verilib. Təqdim edilən materiallarda milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biri olan Azərbaycanın dövlət bayrağına həsr edilən şeirlərdən parçalar da yer alıb. Bundan əlavə, izləyicilər materiallarda Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi haqqında da maraqlı məlumatlar əldə edə bilərlər.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda ümumi məlumatlarla yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlət rəmzimiz haqqında söylədikləri dəyərli fikirlər, səs yazıları da öz əksini tapıb.
İzləyicilər hazırlanan materiallara baxmaqla, qısa zaman kəsiyində Azərbaycanın dövlət rəmzi olan bayrağımız haqqında geniş, ətraflı və maraqlı məlumat almış olacaqlar.
Sözügedən materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts