Respublika Gənclər Kitabxanası Milli Mətbuat Günü ilə əlaqədar videoçarx təqdim edib

Tokio, 22 iyul , /AJMEDIA/

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 22 İyul – Milli Mətbuat Günü münasibətilə silsilə materiallar hazırlayıb. Kitabxana əməkdaşları sosial şəbəkə izləyicilərinə biblioqrafik siyahı və videoçarx təqdim edib.
AJMEDIA xəbər verir ki, hazırlanan biblioqrafik siyahıda Həsən bəy Zərdabinin həyat və yaradıcılığı haqqında məlumat verilib. Həmçinin, “Əkinçi” qəzetinin yaranma tarixi, qəzetin ərsəyə gəlməsində əməyi keçən dahi Azərbaycan simaları haqqında informasiya təqdim olunub. Materialda Azərbaycan mətbuatının tarixindən, inkişaf mərhələrindən bəhs edən 60-dan çox kitabın, 40-dan çox dövrü mətbuat materialının biblioqrafik təsviri verilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarxda Azərbaycanda mətbuatın təməlini qoyan “Əkinçi” qəzetinin yaranma dönəmi, fəaliyyəti haqqında geniş məlumat verilərək, qəzet nüsxələrinin görüntüləri təqdim edilir. Videomaterialda Azərbaycanda müasir jurnalistikanın özəllikləri haqqında da bəhs edilir, ölkədə fəaliyyət göstərən Mətbuat Şurası və Jurnalistlərin Peşə Kodeksinin yaradılması haqqında məlumat verilir.
Qeyd edək ki, sözügedən materiallar kitabxanın rəsmi saytında https://ryl.az/virtual/multimediya , https://ryl.az/funds/biblioqrafik-siyahi linklərdən tanış olmaq olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts