“Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək

Tokio, 20 iyul , /AJMEDIA/

İyulun 22-də Azərbaycan Rəngkarlığı Muzeyində “Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək.
AJMEDIA xəbər verir ki, görüşdə Əməkdar rəssam Yelena Haqverdiyeva, publisist, musiqişünas Fərizə Babayeva, filoloq, fotoqraf-rəssam və publisist Leyla Sultanzadə, eləcə də sənətşünas Toğrul Əfəndiyev iştirak edəcəklər. Görüş zamanı hazırda Azərbaycan Rəngkarlığı Muzeyində açılan azərbaycanlı rəssam Ucal Haqverdiyevin “Mövcudluqda ünsiyyət” adlı fərdi retrospektiv sərgisi, habelə onun həyat və yaradıcılığından danışılacaq. Həmçinin qonaqlar iştirakçıların sualını cavablandıracaq, maraq doğuran mövzular müzakirə ediləcək.
Tədbirin moderatoru kurator, “BARZA Art Bureau”nun təsisçisi Samira Sefidir.
Görüş rus dilində keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts