QUAD ölkələrinin enerji təşkilatlarının rəhbərləri Sidneydə görüşəcəklər

Tokio, 5 iyul , /AJMEDIA/

Yaponiya, ABŞ, Avstraliya və Hindistanın enerji təşkilatlarının rəhbərləri iyulun ortalarında Sidneydə bu formatda ilk dəfə görüşəcəklər.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda iyulun 5-də Tokioda keçirilən mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, bu, həmin nümayəndələrin belə formatda keçirilən ilk görüşü olacaq.
“İyulun 11-dən 15-dək mən Təhlükəsizlik üzrə dördtərəfli dialoq(QUAD) enerji təşkilatları rəhbərlərinin görüşündə iştirak etmək üçün Avstraliyaya səfər edəcəyəm. Bu, həmin formatda təşkil edilən ilk görüş olacaq”, – deyə nazir bildirib. Nazir əlavə edib ki, həmin görüşdə energetika, enerji təhlükəsizliyi və tullantıların azaldılması məsələləri müzakirə ediləcək.
Xatırladaq ki, QUAD 2017-ci ildə Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında qarşılıqlı fəaliyyət məqsədilə yaradılıb. Həmin ilin noyabrında üzv ölkələr Hind-Sakit okean regionunda mühüm gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək üçün yeni strategiya çərçivəsində koalisiya yaradıblar.
QUAD-ın üzvü olan Yaponiya, ABŞ, Avstraliya və Hindistan liderlərinin son görüşü cari ilin mayında Tokioda keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts