“Qremmi” ilin ən yaxşı mahnısını seçib

Tokio, 4 aprel , /AJMEDIA/

“Qremmi” mükafatı üzrə ilin ən yaxşı mahnısı “Silk Sonic” (Bruno Mars və Anderson Paak) qrupunun “Leave The Door Open” hiti seçilib.

AJMEDIA xarici mətbuata istinadla xəbər verir ki, mükafat üçün digər namizədlər arasında Ed Şiranın “Bad Habits”, Alişa Keys və Brendi Karlaylın “A Beautiful Noise”, Olivia Rodriqonun “Drivers License”, H.E.R-in “Fight For You”, Billi Aylişin “Happier Than Ever”, Doja Kat və SZA-nın “Kiss Me More”, Lil Nas X-ın “Montero”, Castin Biberin “Peaches” və Brendi Karlaylın “Right On Time” da olub.

Olivia Rodriqo ən yaxşı yeni ifaçısı seçilib. İlin albomu Con Batistin “We Are” albomu olub.

“Ən yaxşı pop albom” mükafatına Ledi Qaqa və Toni Bennetin “Love for Sale” bəstəsi, “Ən yaxşı rok ifası” kateqoriyası üzrə mükafata isə “Foo Fighters” qrupunun “Making A Fire” mahnısı layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts