Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasından 56 il ötür

Tokio, 9 sentyabr , /AJMEDIA/

Bu gün Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasından 56 il ötür.
AJMEDIA xəbər verir ki, Qobustan Milli Tarix-Bədii Qoruğu Qobustan qaya rəsmlərinin, mədəni landşaftının qorunması, tədqiqi və təbliği məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1966-cı il tarixli qərarı ilə yaradılıb. Qoruq 1967-ci ildən fəaliyyətə başlayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildə Qobustanın qayaüstü təsvirləri, mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.
Nazirlər Kabinetinin 2007-ci il tarixli qərarına əsasən, qoruğa “Milli qoruq” statusu verilib. Ölkə başçısının müvafiq Sərəncamına əsasən, 2011-ci ildə qoruğun yeni inzibati və muzey binası tikilib.
Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyi Avropa Şurasının himayəsi ilə yaradılmış Avropa Muzeylər Forumunun təsis etdiyi və Avropanın ən mötəbər muzey mükafatı olan “Avromuzey-2013” mükafatına layiq görülüb.
Qoruğun ərazisi dünya əhəmiyyətli xüsusi mühafizə olunan tarix-mədəniyyət ərazilərinə aiddir. 2013-cü ildə qoruğa UNESCO tərəfindən çox az sayda tarixi ərazilərə şamil edilmiş “Gücləndirilmiş mühafizə” statusu verilib.
Qobustan qayaüstü rəsmləri 2019-cu ildə ISESCO-nun İslam İrsi Siyahısına daxil edilib.
Qobustan ecazkar tarix yadigarımız, xalqımızın milli sərvətidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts