Qazaxıstan televiziyasında Azərbaycanın milli-mədəni dəyərlərindən bəhs edilib

Tokio, 24 dekabr , /AJMEDIA/

Qazaxıstanda yayımlanan Türkistan TV-nin “Turan today” proqramının növbəti buraxılışı Azərbaycan xalqının milli-mədəni dəyərlərinə və adət-ənənələrinə həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildiriblər ki, Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Etnomədəni Birliyi üzvlərinin qatıldığı proqram Azərbaycan haqqında məlumatın əks olunduğu videoçarxın nümayişi ilə başlayıb.
Sonra birliyin sədri Ramilə Mustafayeva “Qarabağ” adını daşıyan təşkilatın fəaliyyətindən, Qarabağın azadlıq rəmzinə çevrilmiş Xarıbülbül çiçəyindən danışıb, qonaqpərvər xalqımızın mətbəx və süfrə mədəniyyəti barədə ətraflı məlumat verib, milli mətbəx nümunələrini təqdim edib.
Proqramın gedişində milli geyimli icma üzvlərimizin iştirakı ilə “Xınayaxdı” mərasimi, musiqi alətlərimiz və milli rəqslərimiz nümayiş etdirilib.
Proqramın canlı yayımına qoşulan Türkiyədə yaşayan rəssam həmyerlimiz İlham Ənvəroğlu xalqımızın milli-mədəni dəyərlərindən, Azərbaycan və qazax xalqları arasında olan tarixi köklərdən və bağlılıqdan bəhs edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts