Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

Tokio, 5 yanvar, /AJMEDIA/

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

AJMEDIA-nın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

“Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin”, – deyə dövlət başçısının fərmanında deyil.

Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

“Bu Fərman imzalandığı gündən qüvvəyə minir”, – deyə qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts