“Qaranlıqdan işığa” tamaşası növbəti dəfə səhnədə

Tokio, 22 avqust , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində “Qonağımız var” layihəsi çərçivəsində “Səhnə” teatrının təqdimatında “Qaranlıqdan-işığa” adlı tamaşa növbəti dəfə nümayiş olunub.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, maarifləndirmə funksiyası daşıyan tamaşa narkomaniyanın doğurduğu faciələr haqqında aydın təsəvvür yaradır və insanların sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.
Tamaşada bir gəncin bu bəlaya “yox” deyib qaranlıqdan işığa necə çıxdığını izləmək mümkündür.
Əsas məqsəd tamaşada bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır.
Qeyd edək ki, tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru isə Mirzə Ağa Mirzəyevdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts