Qarabağda yaşıl enerjinin tətbiqi üçün Azərbaycanın yanında olacağıq – Fatih Dönməz

Tokio, 22 dekabr, /AJMEDIA/

İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq.

AJMEDIA xəbər verir ki, Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

“Bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik.

İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək”, – nazir bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts