Qəbələdə Ulu Öndərin xatirəsinə həsr edilən futzal turniri yekunlaşdı

Tokio, 11 dekabr , /AJMEDIA/

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Qəbələ Olimpiya İdman Kompleksində keçirilən futzal üzrə xatirə turnirinə yekun vurulub. Bir aya yaxın davam edən turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 12 komanda mübarizə aparıb.
AJMEDIA xəbər verir ki, turnirin final oyununda Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin və “Xanlar” istirahət mərkəzinin komandaları qarşılaşıblar. FHN-nin Regional Mərkəzinin komandası rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb. Qəbələ Rayon Polis Şöbəsinin komandası turniri üçüncü pillədə başa vurub.
Turnirin qaliblərinə kubok və diplomlar təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts