Prezident İlham Əliyev Ali Məhkəmənin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsini təsdiqləyib

Tokio, 14 yanvar , /AJMEDIA/

Prezident İlham Əliyev “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnaməni təsdiq edib.
AJMEDIA xəbər verir ki, Əsasnaməyə görə, yubiley medalı öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.
“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts